"Yuventus"un futbolçusu Merih Demiral "Atalanta"ya keçə bilər.

Rekord.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub 23 yaşlı müdafiəçi üçün 25 milyon avro və bonus olaraq 5 milyon avro təklif edib.

Turin təmsilçisi türk oyunçua görə ən azı 35-40 milyon avro almaq istəyir. Gələn həftə klub nümayəndələrinin yeni görüş keçirəcəyi gözlənilir.

Qeyd edək ki, M.Demiral 2019-cu ildən "Yuventus"da oynayır.