Milli Məclisin deputatı Tahir Kərimli futbol üzrə Azərbaycan Premyer Liqasından danışıb.

Rekord.az xəbər verir ki, o, parlamentin bu gün keçirilən plenar iclasında ölkə futbolu ilə bağlı narahatlığını bildirib:

“Azərbaycan çempionatında cəmi 8 komanda var. Regionlarda demək olar ki, futbol komandası yoxdur. Bu, Bakı çempionatıdır. Ona görə də Azərbaycan futbolu yerində sayır. Ağsunun komandası var, onlar gedir digər rayonlarda məşq edir. Uşaq futbolunu, Azərbaycan futbolunu məhv etməyin! Artıq həyəcan siqnalı çalmaq lazımdır”.