Yaxın zamanlarda böyük futbol Sabirabada qayıda bilər.

Rekord.az xəbər verir ki, hazırda rayon stadionu təmir olunur.

Arenaya yeni təbii örtüklü qazon sərilib. Bundan başqa soyunub-geyinmə və duş otaqları da təmir olunub. İlin sonuna kimi stadiona işıq dirəkləri də quraşdırılacaq. Hazırda gündən məsələlərdən biri rayonun tarixi "İnşaatçı" klubunu bərpa etməkdi. Təbii ki, bunun üçün ilk növbəıdə sponsor olmalıdır ki, bunun da axtarışı gedir. Hər şey uğurla tamamlansa, yeni mövsüm Sabirabad komandasını II liqada görə bilərik.

Qeyd edək ki, bütün bu işlərdə əsas təşəbbüskar rayonun deputatı Kamal Cəfərovdu.