Bir neçə dəfə bu məsələ haqda məlumat vermişik.

Rekord.az xəbər verir ki, söhbət Premyer Liqada komanda sayının artırılıb-artırılmayacağından gedir.

Təəssüflə bildirməliyik ki, bu məsələdə yaxşı mənada heç bir yenilik yoxdur. AFFA-ya yaxın olan mənbəmizdən aldığımız son məlumata görə, 8 komanda məsələsi aktuallığını qoruyur. Yəni AFFA növbəti mövsüm üçün elitada komanda sayını artırmağı müzakirə etmir. Hazırkı 8 komanda növbəti mövsümdə də elitada mübarizə aparacaq.