Derbi öncəsi üç futbolçuda koronavirus aşkarlandı
- 02 Yan 2021 11:30
- 600
İspaniyanın “Betis” klubunun üç futbolçusunda koronavirus aşkarlanıb.
Rekord.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə Xoakin, Andres Quardado və Martin Montoyyanın COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Onlar özlərini yaxşı hiss etsələr də, karantinə alınıblar.
Qeyd edək ki, “Betis” bu gün La Liqanın 17-ci turu çərçivəsində “Sevilya” ilə qarşılaşacaq.