Misli Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb.

Rekord.az xəbər verir ki, bu, 9-cu turun “Neftçi” – “Qarabağ” matçına təsadüf edib.

“Neftçi Arena”da keçirilən Azərbaycan derbisini 5400 tamaşaçı izləyib. Bunadək rekord 9-cu turun “Turan Tovuz” - “Neftçi” matçına (0:1) məxsus idi. Həmin qarşılaşmada 5000 seyrçi olub.

“Neftçi” – “Qarabağ” matçında qonaqlar 2 cavabsız qolla qalib gəlib.