Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2022-də də yığmanı çalışdıracaq.

Rekord.az xəbər verir ki, bunu Fransa Futbol Federasiyasının prezidenti Noel le Qrae "Le Figaro"ya açıqlamasında deyib.

O, millinin Avro-2020-dəki uğursuzluğuna baxmayaraq, Deşamın vəzifəsində qalacağını bildirib: "İstəyimiz işinə davam etməsidir. Qarşılıqlı hörmət və inamdan zövq alırıq. Deşamla bağlı qərarı 3 dəqiqəyə verdik".

Xatırladaq ki, 53 yaşlı mütəxəssis 2012-ci ildən Fransa millisini çalışdırır. Onun komandası Avro-2020-nin 1/8 finalında İsveçrəyə uduzaraq mübarizəni dayandırıb.