Müəyyən dəyişikliklərdən sonra "Mehdi Hüseynzadə" adına Sumqayıt şəhər stadionu ilk rəsmi oyunu qəbul etməyə hazırdı.

Rekord.az xəbər verir ki, Sumqayıt təmsilçisi fevralın 4-də 21-ci tur çərçivəsində "Neftçi"ni qəbul edəcək.

Artıq media sektoru, çəkiliş üçün yer, eləcə də işıqlandırma sistemi tam hazır vəziyyətdədir. Lakin deyək ki, bu dəyişikliklərdən sonra arenanın tutumu daha da azalıb. Belə ki, media sektor və çəkiliş üçün yerin hazırlanması zamanı bir qism oturacaqlar sökülüb. Hardasa 100-ə yaxın. Bu isə tutumun bu qədər azalması deməkdir. 

Yenidənqurmadan sonra "Mehdi Hüseynzadə"nin stadionun tutumu 9502 nəfər idi.