Azərbaycan millisinin baş məşqçisi Di Byazi ilə bağlı maraqlı məlumat əldə etmişik.

Rekord.az-a daxil olan məlumata görə, italiyalı məşqçi albaniyalı futbolçuya Azərbaycan millisində onun köməkçisi kimi işləməyi təklif edib.

Hətta tərəflər arasında bununla bağlı telefon danışığı olub. Aqolli keçən ay Bakıda olan zaman Di Byazi növbəti dəfə Aqolliyə bununla bağlı müraciət edib. İtaliyalı Ansiyə bildirib ki, o, uzun illər "Qarabağ"da oynadığı üçün Azərbaycan futbolunu daha yaxşı tanıyır və bu mənada ona böyük köməyi dəyə bilər. Lakin Aqolli ABŞ-da yeni futbol akademiyası açdığını və işlərinin, planlarının həddindən artıq olduğunu əsas gətirərək Di Byazinin təklifindən imtina edib.