"Bu cür ölkələrdən futbolçu alanda vakant yeri doldurmuş olursan".

Rekord.az xəbər verir ki, millimizin çalışıdırıcısı Canni De Byazi azərbaycanlı futbolçuların A Seriyasında oynamaq ehtimalından söz açıb.

İtalyan baş məşqçi deyib ki, əsas problem ölkənin Avropa Birliyindən kənarda olmasıdır: "Düşünürəm ki, böyük dünya futbolunun bir parçası olan İtaliya A Seriyasında bu cür şeylərə əslində çox da diqqət yetirmirlər.

Məsələ diqqət mərkəzində olmaqdır. Bir çox albaniyalı futbolçuya əl uzatmışam. Çünki İtaliya futbolunda bir çox insanla tanışam.

Bəzi futbolçuları onlara məsləhət görmüşəm. Əslində, bu, mənim işim üçün də vacib idi. İtaliyada oynayan, bu dildə danışan futbolçularla işləmək mənim üçün də çox vacibdir".