Di Byazinin Lüksemburqla oyunda açıqladığı start heyəti geniş müzakirələrə və tənqidlərə yol açdı. Xüsusilə də formada olan Mahir Emreli, Namiq Ələsgərov və Anton Krivatsyukun ehtiyatda qalması, əvəzində Əli Qurbani və Höccət Haqverdinin start heyətində yer alması müəyyən şübhələrə yol açdı.

 

Rekord.az-a daxil olan yeni məlumata görə, italiyalı məşqçi Qurbanini start heyətində oynatmaq istəmirmiş.

 

O, ilk dəqiqələrdən Mahir Emreliyə güvənmək istəyirdi. Lakin AFFA-nın tövsiyyəsi və istəyinə uyğun olaraq start heyətində dəyişiklik edib, Qurbanini ilk "onbirliy"ə daxil edib. Sifarişin birbaşa Elxan Məmmədovdan gəldiyi deyilir.

Qeyd edək ki, Əli Qurbani "Suqmayıt"ın üzvüdür. "Sumqayıt"ın prezidenti Riad Rəfiyev isə Elxan Məmmədovun ən yaxın kadrlarından sayılır və hazırda da çoxları onu millinin qeyri-rəsmi meneceri kimi təqdim edir.