Di Byazi Məşqçilər Komitəsini saymır?
- 03 Sen 2021 15:00
- 681
Azərbaycan millisinin baş məşqçisi di Byazi AFFA-nın nəzdində fəaliyyət göstərən Məşqçilər Şurasını demək olar ki, saymır.
Rekord.az-a daxil olan məlumata görə, şurada yer alan məşqçilər də italiyalının onlara münasibətindən narazıdır.
Belə ki, di Byazi istər heyət seçimində, istər millinin heyətini açıqlayanda heç vaxt Məşqçilər Şurası ilə məsləhətləşmələr aparmır, onların fikirlərinə önəm vermir. Yalnız federasiyanın icraçı vitse-prezident-baş katibi Elxan Məmmədova "raport" verir.