Di Byazi narazılıq edib: ölkədə qapıçı yoxdur
- 07 Noy 2020 15:00
- 776
Millinin baş məşqçisi Luici di Byazi qapıçı problemindən narazılıq edib.
Rekord.az-a daxil olan məlumata görə, AFFA-da rəhbərliklə qeyri-rəsmi söhbət zamanı o, qarşıdan gələn oyunlar ərəfəsində çərçivədən ciddi narahatlığını dilə gətirib.
Emil Balayevin buraxdığı səhvlər onun formada olmadığını göstərir. Şahruddin də son oyunlarda inamlı təsir bağışlamır. Aqil Məmmədovun hazırlıq səviyyəsi də italiyalını razı salmır. Səlahət Ağayev isə uzun müddətdir yaşıl meydan üzü görmür. Son zamanlar yaxşı oyun sərgiləyən və milliyə dəvət olunan Mehti Cənnətovun zədəli olması da millinin baş məşqçisini üzən məqamdı. İlk dəfə milliyə dəvət alan Aydın Bayramovun isə milli təcrübəsi yoxdur. Bir sözlə, di Byazi növbəti oyunlarda qapını kimə tapşıracağını özü də bilmir.