PSJ-nin futbolçusu Anhel di Mariya klubdakı gələcəyindən danışıb.

Rekord.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Paris təmsilçisində qalmaq istədiyini deyib:

“Avropadakı karyeramı PSJ-də bitirmək istəyirəm. Amma bu, yalnız məndən asılı deyil. PSJ-də oynadığım üçün çox xoşbəxtəm. Mənə çox yaxşı yanaşan klubdur. Əlimdən gələni edəcəm”.

2015-ci ildən PSJ-də oynayan Anhel di Mariya ötən mövsüm koomandası ilə çıxdığı 41 matçda 12 qol vurub 23 qolun ötürməsini verib.