“Yuventus”un futbolçusu Paulo Dibala Argentina millisinin heyətindən çıxarılıb.

Rekord.az xəbər verir ki, bu barədə Argentina Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Dibala fiziki problemlərə görə millinin düşərgəsinə qoşulmayacaq.

Argentina yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Paraqvay və Peru ilə qarşılaşacaq.