Paulo Dibala Argentina yığmasının heyətindən çıxarılıb.


Rekord.az xəbər verir ki, "Roma"da çıxıç edən futbolçu A Seriyasının 29-cu turunda "Kalyari" (1:0) ilə oyunda zədələnib.


64-cü dəqiqədə meydana daxil olan 31 yaşlı hücumçu cəmi 11 dəqiqə sonra əvəzlənib. Dibalanın təxminən 1 ay yaşıl sahələrdən kənarda qalacağı açıqlanıb. Nəticədə o, Argentina yığmasının DÇ-2026-nın seçmə mərhələsində Uruqvay və Braziliya komandalarına qarşı oyunlarda forma geyinə bilməyəcək.


Xatırladaq ki, Paulo Argentina yığmasının heyətində DÇ-2022-nin qalibi olub.