“Yuventus”un futbolçusu Paulo Dibala pandemiyaya görə tərtib edilən protokola zidd hərəkətinə görə üzr istəyib.

Rekord.az xəbər verir ki, argentinalı hücumçu İnstaqram hesabında yazıb: “Bilirəm ki, belə bir çətin zamanda zəhv etməməyim yaxşı olardı. Ancaq mən axşam yeməyinə qatılaraq bu səhvi etdim. Bu bir parti deyildi, ancaq yenə də səhv etmişəm. Üzr istəyirəm”.

Xatırladaq ki, “Yuventus”un futbolçusu Ueston MakKenni komendant saatı tətbiq edildiyi vaxtda 20 nəfərlik bir qonaqlıq təşkil edib. Həmin tədbirdə komandanın digər futbolçularından Paulo Dibala və Artur da iştirak edib. Oyunçuların həm polis, həm də klub tərəfindən cərimələnəcəyi gözlənilir.