![photo](https://www.rekord.az/storage/uploads/4/dibala-8.jpg)
Dibala zədələndi
- 09 Okt 2023 20:20
- 308
“Roma”nın hücumçusu Paulo Dibala İtaliya A Seriyasının 8-ci turunda “Kalyari” ilə oyunda (4:1) zədələnib.
Rekord.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu oyuna start heyətində daxil olsa da, 40-cı dəqiqədə zədələnərək meydandan çıxıb. Onu Andrea Belotti əvəzləyib.
“Roma” səkkiz oyundan sonra 11 xal toplayaraq 10-cu yerdə qərarlaşıb. “Kalyari” iki xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.