"Yuventus"un futbolçusu Paulo Dibala yayda klubdan ayrılmaq istəmir.

Rekord.az "Corrierre dello Sport"a istinadən xəbər verir ki, Turin təmsilçisi 27 yaşlı hücumçunu satmağı planlaşdırır. Lakin Dibala ona uyğun maaşda təklif gəlməyəcəyi təqdirdə, rədd edəcək. O, "qoca sinyora"da qalmağa müsbət yanaşır. Futbolçunun A seriya klubu ilə hazırkı sözləşməsinin müddəti isə 2022-ci ilin yayına qədərdir.

Daha əvvəl Dibalaya "Mançester Yunayted" tərəfindən illik 10 milyon avro maaşla müqavilə təklif olunmuşdu. Lakin argentinalı oyunçu daha sərfəli məvacib istədiyi üçün bunu qəbul etməmişdi.

Qeyd edək ki, Dibala bu mövsüm 16 matçda 3 qol vurub və 2 qolun ötürməsini verib və.