I Liqada mübarizə aparan "Difai Ağsu" Ağsunu birdəfəlik tərk edə bilər.

Rekord.az-a daxil olan məlumata görə, sözügedən komanda Bakıdan Ağsuya köçsə də, azarkeş toplaya bilmədi.

Ağsulular bu komandanı doğma qəbul etmir, oyunlarına gəlmirlər. Bundan başqa, daha öncə bu rayonu təmsil etmiş "Ağsu Siti" komandası da yenidən fəaliyyətini bərpa edir. Belə olan halda "Difai Ağsu"nun bu rayonda qalması, ümumiyyətlə, mənasız görünür.