“Digər ölkələrdəki beynəlxalq yarışlarda da bayrağımızı qaldıracağıq”.

Rekord.az xəbər verir ki, bunu “Prezident Kuboku 2024” beynəlxalq reqatasında bürünc medal qazanan Azərbaycan təmsilçisi İbrahim Məmmədzadə deyib.

2010-2011-ci il təvəllüdlü idmançılar arasında Sərhad Fərhadlı ilə iki nəfərlik kayak yarışında üçüncü olan atlet ağır məşqlər etdiklərini bildirib: "Məhz bunun nəticəsində bürünc medal əldə etdik. Azərbaycanlı olduğumuz üçün fəxr edirik". (Report)

21 ölkə təmsilçilərinin qatıldığı turnir bu gün başa çatacaq.