DİN vacib məsələdə "Dinamo"ya kömək edəcək
- 24 Noy 2023 14:00
- 380
2024-cü ildən etibarən hərbi xidmət yaşı çatan futbolçuların həm də "Dinamo"da hərbi xidmət keçəcəyi real görünür.
Rekord.az-a daxil olan məlumata görə, bu məsələdə Daxili İşlər Nazirliyi (DİN) komanda üçün bütün lazımı köməkliyi göstərməyə hazır olduğunu bildirib.
Bunun üçün "Dinamo"da oynamaq istəyən hərbi xidmət yaşı çatmış futbolçular komandaya müraciət etməlidirlər. Onlar adları DİN-ə təqdim olunacaq. DİN isə həmin siyahını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərəcək və "Dinamo"nun baş məşqçisinin istədiyi futbolçular andiçmə mərasimindən sonra bu komandanın düşərgəsinə gələcək.