“Dinamo” çempion oldu
- 10 May 2021 18:20
- 562
Futbol üzrə Xorvatiya çempionatının qalibi müəyyənləşib.
Rekord.az xəbər verir ki, 33-cü turda “Riyeka”nı 5:1 hesabıyla məğlub edən “Dinamo” sona üç tur qalmış çempionluğunu rəsmiləşdirib.
78 xalı olan Zaqreb təmsilçisi ən yaxın izləyicisi “Osiyek”i 10 xal qabaqlayır.
“Dinamo” klub tarixində 22-ci dəfə Xorvatiya çempionu olub.