Rusiyanın 1-ci divizionunda oynayan "Ximki"nin formasını geyinən Kamran Əliyev qışda bu ölkənin Premyer Liqasında çıxış edə bilər.

 

Rekord.az xəbər verir ki, 21 yaşlı forvarda Rusiya Premyer Liqasından maraq göstərən klubların sayı az deyil.

 

Hələ ötən mövsüm "Rostov"un transfer etmək istədiyi Əliyev indi də "Dinamo"(Moskva) klubunun transfer siyahısındadır. Paytaxt klubunun rəhbərliyi Əliyevi qışda transfer etmək üçün "Ximki" ilə danışıqlara da başlayıb. Rusiya vətəndaşlığı daşıyan forvardın bu mənada işi çətin olmayacaq. "Dinamo" gənc hücumçunu komandada yerli statusu ilə oynada biləcəyi üçün onu transfer etməkdə maraqlıdır.

 

Rus klubunda çıxış edən millimizin hücumçusu Ramil Şeydayevin isə mövsüm sonunda komandadan göndəriləcəyi ehtimal edilir.