"Bavariya"nın baş məşqçisi Yulian Naqelsman Çempionlar Liqasının 2-ci turu çərçivəsində "Dinamo"(Kiyev) üzərindəki 5:0 hesablı qələbə haqda danışıb.

Rekord.az xəbər verir ki, almaniyalı mütəxəssis Ukrayna klubu ilə görüşdə qol buraxmamaqlarından da razı olduğunu bildirib:

"Biz inamlıyıq. Aparıcı oyunçularımız oldu və ya olmadı, daha çoxuna sahib olmaq istəyirik. Hətta 5-ci qoldan sonra yenə də qol vurmaq istəyirdik.

Böyükhesablı qələbəmizdən razıyam. Erkən qoldan sonra konsentrasiyanı saxlamaq çətindi. Hər zövqdə qol vurduq. Həm də əsas odur ki, qol buraxmadıq".