Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi “Dinamo” Xorvatiya çempionatında növbəti oyununa çıxıb.

Rekord.az xəbər verir ki, sözügedən komanda 19-cu tur çərçivəsində “Hayduk”la (Split) qarşılaşıb.

Zaqreb təmsilçisi evdə qarşılaşdığı bu rəqiblə bacarmayıb - 0:0. Emreli bu matçın iştirakçısı olmayıb. Zədəli olan azərbaycanlı futbolçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

"Dinamo" hazırda turnir cədvəlində 34 xalla 3-cü pillədə qərarlaşıb.