"Dinamo" "Neftçi"yə necə oyun verib?
- 06 Dek 2019 19:00
- 1178
1964-cü ildə SSRİ yığmasının heyətində Avropa çempionu olan "SKA Rostov"un sabiq futbolçusu Yuri Şikunov geniş müsahibə verib.
Rekord.az "Sport-ekspress"ə istinadən xəbər verir ki, 80 yaşı tamam olan veteran futboçu 1966-cı ilin SSRİ çempionatı barədə qalmaqallı açıqlama verib. Xüsusən də Kiyev "Dinamo"su ilə "Neftçi"nin oyunu haqqında:
"SKA həmin vaxt 2-ci yer uğrunda mübarizə aparırdı. Məni Kiyevə göndərdilər ki, hər ehtimala qarşı özümüzü sığortalayaq. Maslovla (Kiyev "Dinamo"sunun o vaxtkı baş məşqçisi) və yığmadan tanıdığım uşaqlarla danışmalı idim ki, "Neftçi"yə qarşı var-gücləri ilə oynasınlar, rahatlaşmasınlar. "Neftçi" həmin vaxt 2-ci yer üçün əsas rəqibimiz idi. Kiyevlilər üçün hələ mükafat da aparmışdım. Buna baxmayaraq, oyunu verdilər. ("Neftçi" Kiyevdə "Dinamo"nu 2:1 hesabı ilə məğlub etmişdi- red). Maslovun yanına gedən kimi dedim ki, "narahat olma, komanda ilə danışacam, hər şey təmiz olacaq". Ancaq onu da aldatdılar. "Ded" (Maslov nəzərdə tutulur) az qala ağlayırdı. Oyundan sonra getdik onunla şampan içdik. Yenə də gümüş medal bizim oldu. Evdə "Torpedo"nu məğlub etdik".
Şikunov Kazbek Tuayevlə də yaxın dost olduğunu deyib:
"Yulquşovla hər gün telefonla danışırıq. O, məndən 1 yaş böyükdür. Çətinliklə gəzsə də, yaddaşı yerindədir. Kazbek Tuayevlə zəngləşirik. O Azərbaycanın Berluskonisidir. Bir-birimizlə əlaqələrimiz itmişdi. Bir dəfə yoldaşım bazarda qulağı sınıq oğlanı görüb soruşur ki,
- Güləşçisən?
- Hə, Bakıdanam.
- Kazbeki tanıyırsan?
- Onu kim tanımır ki?
Nömrəni alıb, danışdıq. Tuayev çox sevindi, elə mən də".
Veteran futbolçu SSRİ vaxtı bəzi komandalara qarşı oynamağın çətin olduğunu deyib: "Tbilisidə, Daşkənddə, Bakıda adamı uduzdura bilərdilər. Gah qolu saymırdılar, gah yalandan penalti verirdilər. Amma hər halıda əvvəl hakimlik daha yaxşı idi. Hakimlərə hörmət edirdilər".
Tərcümə sportinfo.az