“Dinamo” xal itirdi, Emreli...
- 13 Noy 2023 13:30
- 249
Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi “Dinamo” Xorvatiya çempionatında növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, sözügedən komanda 15-ci tur çərçivəsində “Riyeka” ilə qarşılaşıb.
Oyunda qalib müəyyənləşməyib – 2:2. Emreli bu matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
"Dinamo" hazırda turnir cədvəlində 24 xalla 3-cü pillədə qərarlaşıb.