“Dinamo” yenə Mahirsiz qələbə qazandı
- 05 Dek 2023 00:44
- 251
Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi “Dinamo” Xorvatiya çempionatında növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, sözügedən komanda 17-ci tur çərçivəsində “Slaven Belupo” ilə qarşılaşıb.
Zaqreb təmsilçisi səfərdə qarşılaşdığı bu rəqibinə 2:0 hesabıyla qalib gəlib. Emreli bu matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
"Dinamo" hazırda turnir cədvəlində 30 xalla 3-cü pillədə qərarlaşıb.