“Dinamo”dan Mahirsiz qələbə
- 26 Noy 2023 12:31
- 246
Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi “Dinamo” Xorvatiya çempionatında növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, sözügedən komanda 16-cı tur çərçivəsində “Osiyek”lə qarşılaşıb.
Zaqreb təmsilçisi doğma meydanda qarşılaşdığı bu rəqibinə 2:1 hesabıyla qalib gəlib. Emreli bu matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
"Dinamo" hazırda turnir cədvəlində 27 xalla 3-cü pillədə qərarlaşıb.