"Baş məşqçimiz bizi rəqib komandanın oyun üslubu və futbolçusu ilə bağlı məlumatlandırıb".

Rekord.az xəbər verir ki, bu sözləri Gürcüstanın "Dinamo" klubunun kapitanı Giorgi Papava Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin "Neftçi" ilə sabah evdə keçirəcəkləri oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.

28 yaşlı yarımmüdafiəçi matçın asan olamayacağını bildirib: "Nəticəni indidən demək olmaz. Oyun çətin olacaq. Hər şeyi meydanda görəcəyik. Fərdi və kollektiv şəkildə yaxşı oyun nümayiş etdirirlər. Var gücümüzlə mübarizə aparacağıq".

Qeyd edək ki, iyulun 7-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlanayaq.