Hazırda II Liqada mübarizə aparan "Dinamo"nun yaxın 3 illə bağlı ciddi planları var.

Rekord.az xəbər verir ki, 2024-cü ildən futbolçuların hərbi xidmətlə bağlı məsələlərini həll edəcək "polislər" bir sıra milli üzvlərini öz heyətinə cəlb edə biləcək.

Komandanın hədəfi 2024-25-ci il mövsümündə I liqa uğurunda mübarizə aparmaqdı. 2025-26-cı il mövsümü üçün isə komanda elitaya yüksəlmək uğurunda mübarizə aparmağı hədəfləyir. Bunun üçün Daxil İşlər Nazirliyinin də komandaya böyük dəstəyi olacaq. Bütün planlar reallaşsa, "Dinamo" 3 ildən sonra, yəni 2026-cı ildə Premyer Liqaya gəlməyi düşünür.