Məlum olduğu kimi, uzun müddətli fasilədən sonra yenidən bərpa olunan "Dinamo" komandası II Liqadan mübarizəyə başlayacaq.

Rekord.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin tabeliyində olacaq komandaya hərbi xidmət yaşı çatmış futbolçular cəlb olunacaq.

Saytımıza daxil olan məlumata görə, seçim zamanı ilk növbədə milli komandalarda forma geyinən futbolçulara üstünlük veriləcək.