Diniyev oynadı, komandası uduzdu
- 31 Yan 2025 23:54
- 25
Futbol üzrə Türkiyə 1-ci Liqasında 22-ci turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi “Bandırmaspor” səfərdə “Çorum”la qarşılaşıb.
Qarşılaşma ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Diniyev də bu oyunun iştirakçısı olub. 29 yaşlı yarımmüdafiəçi 90 dəqiqə meydanda olub.
22 turdan sonra aktivində 34 xal olan “Bandırmaspor” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.