Diniyev və komandası üçün “Qalatasaray”
- 09 Dek 2023 00:51
- 308
Türkiyə Kubokunda 5-ci raundun püşkü atılıb.
Rekord.az xəbər verir ki, püşk nəticəsində azərbaycanlı futbolçuların komandalarının da növbəti rəqibləri müəyyənləşib.
Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Dəmirspor” “Ərzincanspor”la üz-üzə gələcək. Renat Dadaşovun çıxış etdiyi “Hatayspor”u növbəti turda “Sakaryaspor”la görüş gözləyir. Coşqun Diniyevin komandası – “Ümraniyəspor”in bəxtinə isə daha güclü rəqib - “Qalatasaray” düşüb.
5-ci mərhələnin oyunları 9-11 yanvar aralığında keçiriləcək.
Türkiyə Kuboku
5-ci təsnifat mərhələsi
9-10-11 yanvar
Beşiktaş - Eyüpspor
Qalatasaray - Ümraniyəspor
Fənərbaxça - Adanaspor
Trabzonspor - Manisa
Fatih Karagümrük - Kırklarelispor
Başakşəhər - Boluspor
Alanyaspor - Samsunspor
Sivasspor - Keçiörengücü
Qaziantep - Bodrum
Ankaragücü - Rizəspor
Hatayspor - Sakaryaspor
Antalyaspor - Pendikspor
Kasımpaşa - Bandırmaspor
Kayserispor - Gənclərbirliyi
Konyaspor - Göztəpə
Adana Dəmirspor - Ərzincanspor