Türkiyənin 1-ci liqasında 9-cu turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyəspor” bu turda “Manisa”nı qəbul edib.

Diniyev 3:2 hesabıyla qalib gəldikləri bu oyuna start heyətdə başlayıb və sonadək oynayıb. O, 13-cü dəqiqədə vurduqları ilk qolda məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.

“Ümraniyəspor” hazırda 8 xalla 15-ci pillədə qərarlaşıb.