![photo](https://www.rekord.az/storage/news/2025_02_11/93297723_1739290736.jpg)
Diniyevdən Türkiyə klubundakı debüt oyununda 2 qol
- 11 Fev 2025 20:40
- 37
Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev Türkiyənin "Çorum" klubundakı debüt oyununda iki qol vuraraq komandasının qələbəsində əsas pay sahibi olub.
Rekord.az xəbər verir ki, Birinci Liqanın 24-cü turunda "Yeni Malatyaspor"u qəbul edən "qırmızı-qaralar" Coşqunun 14 və 49-cu dəqiqələrdəki dəqiq zərbələrinə sevinib - 2:0.
29 yaşlı yarımmüdafiəçi qış fasiləsində "Bandırmaspor"dan "Çorum"a keçib. Azərbaycanlı futbolçunun komandası turnir cədvəlində 38 xalla dördüncü sırada qərarlaşıb.