Diniyevin komandası doğma meydanda uduzdu
- 25 Noy 2023 22:49
- 262
Türkiyənin 1-ci liqasında 13-cü turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyəspor” bu turda “Boluspor”u qəbul edib.
Diniyev 1:2 hesabıyla məğlub olduqları bu oyuna start heyətdə başlayıb və sonadək oynayıb.
“Ümraniyəspor” hazırda 12 xalla 15-ci pillədə qərarlaşıb.