Türkiyə 1-ci liqasında 20-ci turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, bu gün Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi "Ümraniyəspor" "Sakaryaspor"la qarşılaşıb.

İstanbul təmsilçisi doğma meydanda baş tutan bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

"Ümraniyəspor" bu nəticədən sonra 24 xalla 10-cu pillədə qərarlaşıb.