
Diniyevin komandası liderlə bacarmadı
- 16 Fev 2025 10:38
- 78
Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev Türkiyənin "Çorum" klubunda növbəti matçına çıxıb.
Rekord.az xəbər verir ki, sözügedən komanda Birinci Liqanın 25-ci turunda lider “Kocaelispor"un qonağı olub və 0:2 hesabıyla uduzub.
Coşqun bu oyunun 83-cü dəqiqəsində meydana buraxılıb.
29 yaşlı yarımmüdafiəçinin komandası turnir cədvəlində 38 xalla beşinci sırada qərarlaşıb.