Türkiyədə birinci liqasında 4-cü turun oyunları davam edir.

Rekord.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Coşqun Diniyevin komandası “Bandırmaspor” səfərdə “Şanlıurfaspor”la qarşılaşıb.

Görüş "Bandırmaspor"un 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Diniyev də bu oyunda iştirak edib. O, meydana 81-ci dəqiqədə daxil olub.

"Bandırmaspor" turnir cədvəlində 7 xalla 5-cidir.