
Diniyevin komandasından çətin qələbə
- 00:33
- 32
Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi “Çorum” Türkiyə 1-ci liqasında növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, sözügedən komanda 30-cu tur çərçivəsində evdə “Keçiöregücü” ilə qarşılaşıb.
Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Diniyev bu matçın ilk 45 dəqiqəsində oynayıb, fasilədə əvəzlənib.
“Çorum” hazırda 45 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.