Türkiyə 1-ci liqasında 24-cü turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, bu gün Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi "Ümraniyəspor" lider "Bandırmaspor"la qarşılaşıb.

İstanbul təmsilçisi səfərdə baş tutan bu oyunda 1:4 hesabıyla məğlub olub. Coşqun 75-ci dəqiqədə meydana buraxılıb.

"Ümraniyəspor" bu nəticədən sonra 27 xalla 13-cü pillədə qərarlaşıb.