![photo](https://www.rekord.az/storage/news/2025_02_11/211410_5iqtm8f0qj_1739263552.jpg)
Diniyevin transferi rəsmiləşdi
- 15:00
- 43
Azərbaycan milli komandasının futbolçusu Coşqun Diniyevin “Çorum”a keçidi rəsmiləşib.
Rekord.az xəbər verir ki, bu barədə “Çorum”un mətbuat xidməri məlumat yayıb.
1-ci liqa təmsilçisi 29 yaşlı yarımmüdafiəçini “Bandırmaspor”dan transfer etdiyini açıqlayıb. Coşqunla 1,5 illik müqavilə imzalanıb.
“Çorum” hazırda turnir cədvəlində 23 oyundan 35 xalla 7-ci yeri tutur və Super Liqaya vəsiqə uğrunda yarışır.
Diniyev bu mövsüm Türkiyə 1-ci liqasında 20 oyunda meydana çıxıb, 2 qolun ötürməsini edib.