Türkiyə 1-ci liqasında 32-ci turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, bu gün Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi "Ümraniyəspor" “Keçiörengücü" ilə qarşılaşıb.

İstanbul təmsilçisi səfərdə baş tutan bu oyunda 2:4 hesablı məğlubiyyətə üzülüb. Coşqun start heyətdə başladığı matçın fasiləsində əvəzlənib.

"Ümraniyəspor" bu nəticədən sonra 37 xalla 13-cü pillədə qərarlaşıb.