
“Diqqətimizi üçüncü oyuna yönəltmişik”
- 18:30
- 39
“Artıq diqqətimizi üçüncü oyuna yönəltmişik”.
Rekord.az xəbər verir ki, bunu "Gəncə"nin baş məşqçisi Halil Atlı deyib.
Türkiyəli mütəxəssis "Şəki"yə evdə qalib gəldikləri (94:71) Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin ikinci oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Komandamı göstərdiyi mübarizəyə görə təbrik edirəm. Kollektiv olaraq basketbolçularımızın hər birinin fikri qələbə qazanmaq idi. Yaxşı oynadıq. İlk matçda da yaxşı çıxış etmişdik. Bir-iki sadə səhv bizi istəyimizdən etmişdi".
İlk qarşılaşmada "Şəki" qalib gəldiyi (85:84) növbəti raunda yüksələn komanda üçüncü görüşdə bəlli olacaq. Cütün qalibi yarımfinalda "Sabah" - "Sərhədçi" duelinin güclüsü ilə üz-üzə gələcək.