Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasda Birinci Divizionun 2-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

MOİK – “Səbail-2” oyunu gec başladığı üçün meydan sahibi klub 160 manat cərimə olunub. Oyundan öncə polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunub.

“Keşlə-2” – “Sabah-2” görüşü hər iki komandanın oyunçularının geyimlərindəki qüsurlara görə gec başladığı üçün klublar 80 manat cərimə olunublar.

“Qaradağ Lökbatan” – “Kəpəz” oyununda “Qaradağ Lökbatan”ın 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyun gec başlandığı üçün meydan sahibi klub 160 manat cərimə olunub.

“Zaqatala” – “Turan Tovuz” oyununda “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Birinci Divizionun 2-ci turunun oyunlarında MOİK, “Keşlə-2”, ”Qəbələ-2”, “Neftçi-2”, “Qarabağ-2”, “Zaqatala” klubları əvəzetmə vaxtı ilə bağlı nəzərdə tutulmuş limiti pozduğu üçün həmin klublara xəbərdarlıq edilib.