Divizion klublarının da cəzaları açıqlandı
- 11 Fev 2020 13:40
- 767
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Rekord.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 14-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Turan Tovuz” – “Səbail-2” oyununda polis və təcili yardım maşını vaxtında stadiona gəlmədiyinə və bu səbəbdən oyun 13 dəqiqə gec başladığına görə meydan sahibi klub 160 manat cərimə olunub.
“Sabah-2” – “Zaqatala” oyununda “Zaqatala”nın futbolçusu Bəhruz Teymurov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
MOİK – “Kəpəz” oyununda “Kəpəz”in futbolçusu Orxan Abdullayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Keşlə-2” – “Neftçi-2” oyununda “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. “Neftçi”nin digər futbolçusu İbrahim Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Sumqayıt-2” – “Qaradağ Lökbatan” oyununda “Sumqayıt”ın futbolçusu Tahir Zeynalov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. “Qaradağ Lökbatan”ın futbolçusu sifariş vərəqəsində qeyd olunmuş nömrəsindən fərqli nömrəli formada meydana çıxdığı üçün klub 80 manat cərimə olunub.