Divizion klublarının da cəzası açıqlandı
- 13 Noy 2019 16:40
- 830
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Birinci Divizionun 10-cu turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Zaqatala” – “Keşlə-2” matçında hər iki komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 80 manat cərimə olunublar. Oyunun 63-cü dəqiqəsində “Keşlə”nin futbolçusu Murad Qayalı ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Zirə-2” – MOİK matçında “Zirə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 23-cü dəqiqəsində MOİK-in futbolçusu Fərid Nadirov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 57-ci dəqiqəsində MOİK-in futbolçusu Kənan Zülfüqarov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub.
“Səbail-2” – “Kəpəz” matçında “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.