Divizion klublarının da cəzası açıqlandı
- 30 Okt 2019 13:46
- 624
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Birinci Divizionun 8-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Ağsu” – “Sumqayıt” matçının 90+6-cı dəqiqəsində “Sumqayıt”ın futbolçusu Cavid Quliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Sabah” – “Keşlə” matçında “Keşlə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
“Zaqatala” – “Kəpəz” matçında “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 71-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Ayxan Quluzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 90-cı dəqiqəsində “Zaqatala”nın futbolçusu Səid İbadov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Zirə” – “Neftçi” matçının 90+4-cü dəqiqəsində “Zirə”nin futbolçusu Elçin Bayramov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.